Yuxarı

"Köhnə bazar"da 12 mağaza yandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Köhnə bazar"da 12 mağaza yandı - Video

10:34

Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.

FHN-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayonun Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Report "Köhnə bazar" adlanan ərazidə yanğında qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan ümumilikdə 12 mağazanın yandığını yazıb. Gecə 3 radələrində başlayan yanğından sahibkarlar səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.07.21 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla