Yuxarı

Paşayeva onlara Qarabağ həqiqətlərindən danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva onlara Qarabağ həqiqətlərindən danışdı - Foto

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Tailandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tailandla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnunluq yaratdığını bildirib.

Q.Paşayeva tailandlı nümayəndə heyətinə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələr barədə məlumat verib.

Millət vəkili Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə Qarabağ həqiqətlərindən də danışıb.

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili tailandlıları Azərbaycana dəvət edib.

Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini söyləyərək, iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Görüşün sonunda millət vəkili Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Tailandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Tarix
2019.07.21 / 16:18
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla