Yuxarı

Novruz Məmmədov jurnalistləri təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib.

Axar.az xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkələrdə paylaşım edib:

“144 yaşını qeyd edən milli mətbuatımızın ilk nümunəsi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.

Azərbaycan mətbuatının mili mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti vardır. Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram”, - təbrikdə qeyd edilib.

Tarix
2019.07.22 / 13:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla