Yuxarı

Bərdədə xəstəxanaya atılan azyaşlı uşaqların atası tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Report-a açıqlamasında deyib.

O bildirib ki, iyulun 22-də axşam saatlarında yaşlı kişi və qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki azyaşlı uşaq gətiriblər:

"Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar və yazıqları gəldiyinə görə xəstəxanaya gətiriblər. Həkim də bildirib ki, məsələni rəhbərliyə məruzə etməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda görüb ki, həmin şəxslər uşaqları xəstəxanada ataraq gediblər".

P.Abubəkirovun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən yaşlı kişi və qadının onların ana babası və nənəsi olduğu məlum olub:

“Ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə onları tapdıqlarını deyiblər".

Nazirlik rəsmisi vurğulayıb ki, dərhal aidiyyəti üzrə məlumat verilib, uşaqlar üçün ayrıca palata ayrılaraq müayinə ediliblər və səhhətlərində hər şey qaydasındadır.

O əlavə edib ki, araşdırmalardan sonra uşaqların atası tapılıb: “Ata deyib ki, uşaqlarıma sahib çıxıram. Hazırda sənədləşmə işləri gedir və çox güman ki, onlar atalarına təhvil veriləcək”.

Qeyd edək ki, hadisə ötən gün axşam saat 21.00 radələrində baş verib. Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır.

Tarix
2019.07.23 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla