Yuxarı

“Azərbaycan Dəmir Yolları”ndan bəyanat: Tətil dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan Dəmir Yolları”ndan bəyanat: Tətil dayandırıldı

"Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Axalkalaki dəmir yolu stansiyasında işçilərin tətili ilə bağlı bəyanat yayıb.

Report-un verdiyi məlumata görə, bəyanatda bildirilir ki, filialın nümayəndələri və işçilər arasında Axalkalaki dəmir yolu vağzalı ərazisində görüş keçirilib.

Görüşdə işçilərin əməkhaqları ilə bağlı yaranan borcun ödənilməsi ilə bağlı məsələ müzakirə olunub.

Danışıqlardan sonra işçilər tətili dərhal dayandırıblar. Şirkət maaşların iyulun 24-dən etibarən ödəniləcəyinə söz verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin inşasını həyata keçirir. Bu gün Axalkalaki stansiyasına Türkiyədən yük qatarı gəlib. Əməkhaqlarının bir neçə ay ödənilməməsinə etiraz edən işçilər relslərin üstündə oturublar. Şirkət nümayəndələri ilə danışıqlardan sonra işçilər etirazı dayandıraraq, işlərini davam etdiriblər.

Tarix
2019.07.24 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla