Yuxarı

Nazirlikdən tarixi bina ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı hazırlanan yekun rəyi Nazirlər Kabinetinə təqdim edib.

Report-un məlumatına görə, Nazirlər Kabineti yaxın günlərdə binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq binanı yeni aşkar olunan tarixi abidələr siyahısına salıb. Bundan sonra iyun ayında Nazirlər Kabineti kinoteatrın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına müsbət rəy verib və hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib.

Xatırladaq ki, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina “Malakanların evi” kimi tanınır və özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.

Tarix
2019.07.24 / 10:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla