Yuxarı

Savalan dağı mərasiminə qatılan fəal saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savalan dağı mərasiminə qatılan fəal saxlanıldı

Avqustun 1-də Cənubi Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində milli-mədəni fəal Aydın Zakiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb.

Fəala qarşı güc tətbiq edən məmurların gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Aydın Zakirinin Savalan dağı mərasimi ilə bağlı saxlanıldığı ehtimal edilir. Belə ki, təhlükəsizlik qüvvələri ötən çərşənbə günü fəala ETTELAAT İdarəsinə müraciət etməsini və Savalan dağı mərasiminə qatılmamaqla bağlı öhdəlik götürməsini tələb etsələr də, A.Zakiri bundan imtina edib.

Qeyd edək ki, mədəni fəallar və dağçı gənclər bir neçə ildir ki, yayda Savalan dağının ətəyində toplaşaraq, Azərbaycan-türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.

Tarix
2019.08.02 / 16:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla