İran XİN-dən Azərbaycanla bağlı açıqlama...
20:01
| Ana səhifə Toplum |
|
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı, Gürcüstandakı səfirləri gələn il Bakıda görüşəcəklər.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev məlumat verilib.
Səfirlik rəsmisi Riçard Morninqstarın Ermənistan səfəri zamanı xarici işlər naziri Edvard Nalbandyanla görüşdüyünü deyib.
"Görüşdə həmçinin ABŞ dövlət katibinin müavini Erik Rubin və ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfirləri iştirak ediblər. Bir il bundan öncə belə bir görüş Tiflisdə olub. Gələn il isə ABŞ-ın bu 3 səfirliklərinin görüşü Azərbaycanda olacaq".
Qeyd edək ki, görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və Ermənistandakı səfiri Con Heffern də iştirak edib (Azvision.az).
|
Tarix
2013.12.12 / 12:33
|
Müəllif
Axar.az
|