Yuxarı

Bu gün Azərbaycanda Qurban bayramıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Axar.az xəbər verir ki, bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar qurban kəsəcəklər.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.

Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü ölkədə qeyri-iş günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fitvasına əsasən, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişi kimi qəbul olunur. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.

Tarix
2019.08.12 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla