Yuxarı

Payızda nə olacağını Eyvazovla Nağıyevdən soruşun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünlərdə Gültəkin Hacıbəylinin bir videoçarxını izlədim. Açığı deyim ki, bu qızın indiyəcən heç bir sətir cümləsini belə oxumamışam. Oxumamağımın səbəbi isə tamam başqadır. Birincisi, onun radikal müxalifətə transferindən sonra nə danışacağını bildiyimdən, vaxt ayırmaq istəməmişəm. İnqi qulaq asmağımın səbəbi isə mənə siyasətlə məşğul olan bir dostumun tövsiyəsi oldu. Sonacan dinlədim. Anladığım o oldu ki, guya payızda nəsə baş verəcək və Azərbaycan hakimiyəti də bundan bərk narahatdır.

İlk olaraq Gültəkin xanımın çoxlu özünütəkziblərindən bir-ikisini qeyd edim. Əhalinin sosial güzəranını sosial partlayış səviyyəsində qiymətləndirən xanım əfəndi dərhal da bilmədən təkzib edir:

"İndi yaydır, havalar isti keçir, insanlar istirahətdədir, tələbələr tətildədir” və s.

İkinci özünütəkzib isə sual verənin “payızda nə olacaq ki, hakimiyyət narahatdır” sualına xanım siyasətçı dərhal cavab verir ki, bilmirəm. Bir dəqiqə keçməmiş özünü təkzib edir: Biz Milli Şurada qərara gəlmişik ki, sentyabrdan etiraz aksiyalarımızın bərpasına nail olaq. Bunun üçün xarici təşkilatlarla fəal iş aparırıq”. Buyurun, bu nəinki özünütəkzibdir, həm də ozünüifşadır. Bəs deyirsiniz əhalinin güzəranı o qədər aşağıdır ki, sosial partlayış olacaq? Bəs deyirsiz heç bir lüzum olmadan Əli Əhmədov bəyanat verib? Yox, əzizim, ya siz sosial partlayışın nə olduğunu bilmirsiz, ya da ki, insanları ələ salırsız. Sosial partlayış gözlənirsə, xarici təşkilatlarla apardığınız iş nə üçündür? Bəlkə hansı xarici erməpərəst qüvvələrlə danışıqlarınızın məğzini açıqlayasız? Bax, indi biləsiz ki, hakimiyyət fil qulağında yatmayıb. Həm də ki, DTX-nin başında bir əli xalqın, bir əli də sizin kimi "xarici təşkilatlara” işləyən və adını müxalifət qoyanlarn cibində olan Eldar Mahmudov deyil. Əmin olun, axır ki, bu millətin təhlükəsizliyi yetərincə peşəkar birisinə həvalə olunub və Əli Nağıyev hər birinizin aldığı oksigenin miqdarını belə bilir. Harda, kiminlə kimin nə danışdığını, hansı təşkilatlardan kimlərin hesabına hansı miqdar pulun gələcəyini, "departamentin” sizi hansı gəmiyə topladğını Əli Nağıyev yaxşı bilir.

Qayidaq birinci özünütəkzibə. Yaxşı, sosial partlayış həddində olan insanlar nə zamandan istirahət edir? Bu nə məntiqdir? Hardan almısınız ki, acından "ölən” insan aliləsini də götürüb istirahətə gedir. Ayıbdır xanım, vallah ayıbdır. Mən iddia etmirəm ki, xalqın hamısı YAP rəsmilərinin dediyi kimi yağ-bal içərisində üzür. Bəli, Azərbaycan xalqının bəlli bir faizi yoxsuldur. Axı siz özünüz də yaxşı bilirsiniz ki, o yoxsullar sizin sosial bazanız deyil. Axi siz yaxşı bilirsiz ki, o yoxsulları sizin harda, kimin sifarişi ilə siyasi aksiya keçirəcəyiniz maraqlandırmır. Elə bilirsiz ki, bunu mən belə bilirəmsə, hakimiyyət bilmir? Bilirsiz siz kimin və yaxud kimlərin istirahətdən qayıtmasını gözləyirsiz? Əgər sonradan "müxalifətə” gəlmiş birisi kimi bilmirsinizsə, yaşını və həyatını siyasətdə xərcləmiş birisi kimi deyim, bilin. O yazdakı adı sizin olan bir mitinq vardı ha, Prezidentin kadr islahatlarının istiqamətini dəyişmək və tormozlamaq üçün hakimiyyətdaxili sizə oxşarların təşkilatçılığı ilə ora adam toplamışdılar, bax, onları gözləyirsiz. Komanda alıbsız ki, möhkəm hazırlaşın, Prezident bir neçə kadrla vidalaşmaq istəyir. Ümid edirsiz ki, bu dəfə də "ölməkdə və çürüməkdə” olan hakimiyyətdəki havadar və sponsorlarınızı qoruya biləcəksiz. Sponsor demişkən, bir bəd xəbər də mən verim. O "Meydan TV” var ha deyirsiz ki, xalq o kanalın qabağından qalxmır, guya bütün günü ona baxır, bax o kanalı Xədicə (bu, Xədicə İsmayılova deyil) vasitəsilə maliyyələşdirən məmuru da yola salacaqlar.

Bilmirəm, bilirsiz ya yox, sizinçün bir sürpriz xəbər də verim. Departamentin "poslannik”i kimi sizi bir gəmiyə yığan var ha, bilirsiz kimi kapitan təyin edib? Və onu da bilirsizmi ki, ötən seçkidə Rusiyanın sifarişiylə Rüstəm İbrahimbəyov üçün oynayan lideriniz Əli Kərimli bu dəfə də ona razılıq verib? İnanmıram Əli Kərimli bunu sizə etiraf edə. Çünki buna hələlik onun cəsarəti çatmayacaq. Sizi aldadacaq ki, elə şey yoxdur, nə bilim Amerika mənə “stavka” edir və s. nağıllar. Nə yazıqlar ki, Amerika hər vaxt olduğu kimi bu dəfə də onu "seçmir”. O ancaq sizi aldada bilir, qos-qoca Amerikanı yox.

Ola bilər siz Vilayət Eyvazovu yaxşı tanımırsız. İş elə gətirib ki, onun həmkəndliləri ilə bir partiyada təmsil olunuram. Onun haqqında Qüdrət Həsənquliyevdən və digər həmkəndlilərindən də soruşmuşam. Kifayət qədər cəsarətli, öz prinsipləri olan, təmsil olunduğu komandaya və dövlətçiliyə sadiq birisidir. Cinayətkarlığa qarşı sərt və güzəştsizdir, dəfələrlə bunu sübut edib. Bu adamı sadəcə olaraq qorxutmaq mümkün deyil. Vilayət Eyvazov heç bir halda qanunsuz yolla hakimiyyət dəyişikliyinə imkan verməyəcək.

Payızda nə olacaq? Bu sualı aparıcı Gültəkin xanıma verəndə "bilmirəm” dedi. Mən nə olacağını deyim. Radikal müxalifət bir qrup adamı küçələrə tökəcək. Onlara dinc aksiya keçirməyə tam şərait yaradılacaq. Niyyətlərinin baş tutmadığından qəzəblənən siyasi başbilənlər təxribatlara yol açacaq. Dinc aksiyalar iğtişaşlara çevriləcək və hakimiyyətin adekvat reaksiyası ilə qarşılaşacaq. Sonra da həbsxanalara düşən kasıb balaları üzərində yeni "alverlər” başlayacaq. Hakimiyyətin başı yenə qarışacaq qərbdəki ermənipərəst qüvvələrin təzyiqlərini dəf etməyə. Gözlənilən kadr islahatları ertələnəcək. Əli Kərimli kimilər də aldıqları "odüllərlə” bir müddət də kef edərək yaşamağa davam edəcəklər. Sizcə buna dəyərmi?

Tarix
2019.08.12 / 12:46
Müəllif
Əli Həziquliyev
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla