Yuxarı

Yaxın 3 gündə hava necə olacaq – Nazirlik açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın iki-üç gün ərzində hava şəraiti nisbətən mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır.

Sürəti saniyədə 3-8 metr olan zəif şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi (saniyədə 5-10, arabir 12-14 metr) əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti olacağı bildirilir.

Avqustun 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Avqustun 14-15-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Sürəti saniyədə 5-10, ayrı-ayrı yerlərdə arabir 15-18 metr olan şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Tarix
2019.08.12 / 15:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla