Yuxarı

Polislərlə bağlı yalan yayan şəxs... – BŞBPİ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumat xarakterli video-müsahibə yayılıb. Müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub.

Bu barədə Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi “Niva” markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib:

“O, qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib. Faktla bağlı yanvar ayının 28-də Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib".

E.Hacıyev qeyd edib ki, Tural Məmmədov ictimai təhlükəli əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib: "Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır”.

Tarix
2019.08.12 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla