Yuxarı

Ali məktəblərin boş qalan yerlərinə ekspertdən - Maraqlı təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təklif edirəm ki, II turda boş qalan plan yerlərinin I, II və IV ixtisas qrupu üzrə çox olduğunu nəzərə alaraq, bu ixtisas qrupu üzrə seçim edən bütün subbakalavrlara ixtisas məhdudiyyəti tətbiq etmədən istənilən ixtisası seçmək imkanı verilsin.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O təklif edib ki ki, maliyyə üzrə I turda seçim edən bütün subbakalavrlara mühasibatlığı, iqtisadiyyatı və II qrup üzrə bütün ixtisasları seçmək imkanı yaradılsın:

"Eyni zamanda, I və IV ixtisas qrupu üzrə elektron ərizə qəbulunda iştirak etmiş və qəbul olmamış bütün subbakalavrlara öz ixtisas qrupları daxilində istənilən universitetin ixtisasını seçə bilmək imkanı verilsin. Çünki bu ixtisaslar üzrə boş qalan plan yerləri çoxdur.

Həmçinin, III ixtisas qrupu üzrə ali məktəbə qəbul olmayan abituriyentlərə II ixtisas qrupu üzrə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçmək imkanı verilsin.

Ümid edirəm ki, abituriyent jurnalının 8-ci sayı nəşr olunanda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi, Nazirlər Kabineti bunu nəzərə alacaq. Vaxt az qalıb, operativ qərar qəbul etmək lazımdır. Universitetlərin maliyyə imkanın yaxşılaşması üçün onların plan yeri 100 faiz dolmalıdır".

Tarix
2019.08.13 / 09:30
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla