Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2019


"Qarabağ"ın matçı: Bakı metrosu saat neçədə bağlanacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" bütün lazımi tədbirləri görüb.

Bu barədə Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün metro stansiyalarında hazırlıq tədbirləri başa çatdırılıb:

"Xüsusən "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında işçi qüvvəsinin sayı artırılıb, stansiyalara nəzarət gücləndirilib. Oyun saat 22 radələrində yekunlaşdığı üçün stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur. Yəni stansiyalar vaxtında bağlanacaq. Amma buna baxmayaraq, sərnişin sıxlığının qarşısını almaq üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ümid edirik ki, həmişə olduğu kimi, bu dəfə də əlavə qatarlara və intervalın azaldılmasına ehtiyac olmayacaq. Yəni bu saatlarda başlanan oyunlar zamanı heç vaxt əlavə qatarlara ehtiyac olmayıb. Amma zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxıla və qatarlar arasındakı interval azaldıla bilər".

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

Tarix
2019.08.13 / 11:59
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

"Relax” insidenti: deputatın oğlu həbs edildi - Video

Gədəbəydə 22 yaşlı qız oğurlandı

Naxçıvan qarnizonu təlimlərə başladı – Video

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

Nazir daha bir rayona rəis təyin etdi

Nazirlik və Prokurorluq "Lerik Relax"da yoxlamalara başladı

Qulinin imzası erməniyə görə saxtalaşdırıldı - Qalmaqal

Bu məhsuldan Rusiyaya ancaq 5 kq apara bilərsiz - Yeni qayda

Bakı metrosunda qatarların intervalında fasilə yarandı

Rektorlar bununla ciddi məşğul olmalıdır - Ekspert

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla