Yuxarı

Ərinə heroin vermək üçün bu yola əl atdı, tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xitdmətdən Axar.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 177.2.2; 177.2.3; 177.2.4; 191.3.1; 29.186.2.1; 29.186.2.2 və 228.2.1-ci maddələrinə əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəmə müəssisəsində cəza çəkən məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 234.1; 69.3; 93.1.2 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2019.08.13 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla