Yuxarı

Türkiyəyə qədər məsafə 30 km qısalacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə qədər məsafə 30 km qısalacaq

Şərq-Qərb avtomagistralının tikintisi başa çatandan sonra “Qırmızı körpü” məntəqəsindən “Sarpi”yə qədər yolda gedilən vaxt iki dəfə azalacaq.

Report xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karseladze bildirib.

Onun sözlərinə görə, Şərq-Qərb avtomagistralı Gürcüstan üçün çox önəmli layihədir:

“Bu yol Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayır və Türkiyə ilə sərhəddəki “Sarpi” məntəqəsinə qədər davam edir və 430 kilometr təşkil edir. Yolun 200 kilometri artıq inşa olunub. Hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalacaq. Əgər bu gün bu yolun qət olunmasına 8 saat səf olunursa, gələcəkdə tələb olunan vaxt iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq”.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.

Tarix
2019.08.13 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla