Yuxarı

Zakir Həsənov cəbhə xəttində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.

Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Tarix
2019.08.14 / 10:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla