Yuxarı

BNA bu küçədə işlərə başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi verib. Agentlikdən bildirilib ki, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Müasir küçə dizaynının elementlərindən istifadə edilib:

“Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri var”.

BNA planlaşdırılan dəyişikliyin əsas üstünlüklərini də açıqlayıb. Belə ki, piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi həyata keçiriləcək. Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyəti nizamlanacaq, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiusları təşkil ediləcək, avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlər ayrılacaq.

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

Tarix
2019.08.14 / 12:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla