Yuxarı

"Azərenerji" Mingəçevir SES-də təmirə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya Proqramı" çərçivəsində Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası ilə yanaşı "Mingəçevir" Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir.

Qurumdan Axar.az-a bildirilib ki, 6 hidro aqreqatdan ibarət stansiyanın 4 hidro aqreqatında təmir və bərpa işləri aparılmağa ehtiyac var idi. Elə bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidro aqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqust ayının sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək.

Bu günə qədər "Reabilitasiya Proqramı" çərçivəsində Mingəçevir SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransormator qurlaşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.

Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV-luq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni zamanda onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub.

"Reabilitasiya Proqramı" çərçivəsində Mingəçevir SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla "itirilmiş" güc bərpa olunacaq.

Tarix
2019.08.14 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla