Yuxarı

Hansı tələbələr təhsil haqlarından azad olunur? - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında" qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Bəhruz Müslümov bildirib. Sektor müdiri qeyd edib ki, həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar. Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub:

“Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar. Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir”.

B.Müslümov bildirib ki, qanunvericilikdə qeyd olunan şəxslərlə yanaşı, "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar: “Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Bundan əlavə, məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər. 2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar. Bu sahədə olan qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar”.

Tarix
2019.08.15 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla