Yuxarı

Zəvvarlar nə vaxt vətənə qayıdacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu avqustun 18-də Məkkədən Mədinəyə yola düşəcəklər.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Mədinədə hər qrup 3 gün qalacaq. Bu səbəbdən avqustun 18-i Mədinəyə gedənlər avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Sonrakı qruplar da mərhələlərlə Məkkədən Mədinəyə aparılacaq. Sonuncu qrup Məkkədən avqustun 22-də çıxacaq. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq”.

V.Cahangiri bildirib ki, Həcc ziyarəti zamanı bir zəvvar, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov dünyasını dəyişib: "Digər zəvvarlarımızın səhhəti normaldır. Əvvəllər ziyarət zamanı zəvvarların çoxu güclü qripə tutulurdu, bu il qripə tutulanların sayı azdır. Missiyada 5 həkimimiz var, onlar özlərilə lazım olan bütün dərman ləvazimatlarını gətiriblər”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

Tarix
2019.08.16 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla