Yuxarı

Türkiyə universitetində narazılıq: azərbaycanlı abituriyentlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbul imtahanlarında yetərli bal toplaya bilməyən abituriyentlər xarici ölkələrə üz tuturlar.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov imtahandan kəsilən tələbələrlə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, gənclərin ən çox üstünlük verdiyi ölkələrdən biri Türkiyədir:

“15 minə yaxın soydaşımız təhsil məqsədilə Türkiyəyə gedib. Bu, onların hüququdur, amma məsələnin digər tərəfi var. Ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma attestatı ala bilməyənlər də olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alıb, gəlib ölkədə bu diplomu tanıtdırırlar. Təsəvvür edin ki, orta məktəbi bitirməyən şəxs ali təhsil diplomu ilə gəlir. Ona görə də Təhsil Nazirliyi diplomu tanıyarkən müraciət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır”.

K.Əsədov bildirib ki, Türkiyə universitetləri bizim abituriyentlərimizin saxta sənəd və saxta imtahan nəticəsi təqdim etməsindən narazıdır.

Tarix
2019.08.16 / 17:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla