Yuxarı

Yüksək bal toplayan abituriyentlər tələbə ola bilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abituriyentlər artıq ixtisas seçimlərinə başlayıb. Amma onların bəziləri yüksək bal toplamasına rəğmən, ali məktəblərə qəbul ola bilməyiblər. Belə abituriyentlərin sayı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə statistik məlumatlar "Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunub.

Belə ki, I ixtisas qrupu üzrə müsabiqәdә iştirak edib ali tәhsil müәssisәlәrinә qәbul olmayan abituriyentlәrdən (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) 300 baldan yuxarı nəticə göstərən cəmi dörd, 200 baldan yuxarı nəticə göstərən cəmi səkkiz abituriyent tələbə adını qazana bilməyib.

II ixtisas qrupu üzrə isə cəmi 300 baldan yuxarı nəticə göstərən cəmi beş, 200 baldan yuxarı nəticə göstərən cəmi 28 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

III ixtisas qrupu üzrə yüksək bal toplayıb kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Belə ki, bu ixtisas qrupu üzrə 400 baldan yüksək nəticə göstərən 63 nəfər ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

IV ixtisas qrupu üzrə 400 baldan yüksək nəticə göstərən 15 nəfər, 500 baldan çox nəticə toplayan altı abituriyent tələbə adını qazana bilməyib.

Tarix
2019.08.16 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla