Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2020


Vahid məktəbli forması hazırlanır - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Onu sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək:

“Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir. Nazirlikdə müvafiq şöbələrin əməkdaşları bu İşçi Qrupuna cəlb olunub. Məqsəd budur ki, işlər vaxtında çatdırılsın. Təhsil Nazirliyinin İşçi Qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək. Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”.

Ə.Adıgözəlov bildirib ki, hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var. Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək:

“İbtidai siniflə yuxarı sinifləri eyniləşdirmək olmaz, burada yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyəti nəzərə alınmalıdır. Bu məsələ də hazırda müzakirədədir. Bildiyiniz kimi, dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. Yəni sentyabrda da müəyyən qədər isti hava olur, eyni zamanda may ayının əvvəlindən də artıq hava isinir. Bu səbəbdən geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq”.

Baş məsləhətçi geyim formalarının bölgələrə necə çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, Bakı Tikif Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq: “Yəqin ki, Bakı Tikiş Evinin yerlərdə satış məntəqələri olacaq. Çünki bölgələrdəki valideynlərə demək olmaz ki, gəlib Bakıdan forma alıb aparsın. Hələlik bu məsələ müzakirə olunmayıb, ancaq çox güman ki, yerlərdə satış məntəqələri olacaq”.

Ə.Adıgözəlov qeyd edib ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: "Liseylər bu və ya fərqli formanı tətbiq edə bilərlər".

Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək: "Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”.

Tarix
2019.08.17 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və xanımı Romada bu binaya baxış keçirdi

Kamal Abdulla özbək rektorla görüşdü - Foto

Ayaz Mütəllibov ermənilərə rusca müraciət etdi - Video

Yasamal polisi şagirdlərlə görüşdü

Bu məntəqədə də nəticələr ləğv edildi

Bu dairədə 4 məntəqənin nəticələri ləğv edildi

Nəsiman Yaqublunun şikayəti təmin edilmədi

105 saylı DSK-nın qərarı qüvvədə saxlanıldı

MSK bu şəxslərin şikayətini əsassız saydı

Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla