Yuxarı

Nazirlik bu ağacların qorunması ilə bağlı göstəriş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu ağacların qorunması ilə bağlı göstəriş verdi

Bakının Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağacların kəsilmək təhlükəsinin olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “ASAN Xidmət” mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.

“Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məcburi göstəriş verilib”, - deyə məlumatda qeyd olunub.

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Tarix
2019.08.17 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla