Yuxarı

Kamal Abdullaya açıq - Məktub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ardahan Universitetinin Sosial Elmlər İnstitutunun Müasir türk ləhcələri və ədəbiyyatı kafedrasının doktoru Aynur Babaşova Beşkonak Aynur Babaşova Beşkonak Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya açıq məktub ünvanlayıb.

Axar.az həmin məktubu təqdim edir:

“Fikir və düşüncə dünyasından sızan işıqla dünyanı aydınladan Kamal Abdulla, həyatımın “sizə həsr etdiyim” son bir neçə ili üçün bəxtiyaram. Tədqiqat mövzusu olaraq sizi seçməyimin ayrıcalıq olduğunu bilirdim, amma bu çətin və olduqca məsuliyyətli işin (mövzunun) məni bu qədər çox təsir altına salacağını təxmin etməmişdim. Elmi işimin müdafiəsi üçün ailə üzvlərim Bakıdan Türkiyəyə gəldi. Nədən söhbət düşdüsə, anam dedi ki, “Aynur, şərhin sanki Kamal Abdullanın fikirlərinə bənzəyir, sən onu necə gözəl mənimsəmisən”. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olan anam sizin əsərlərinizin sevimli oxucusudur və əlbəttə, onun mənim haqqımda dedikləri mübaliğədir. Amma həqiqət olan budur ki, mən Kamal Abdulla yaradıcılığını böyük sevgi və ondan da böyük narahatlıqla (hətta bir az da qorxu içində: nəsə edə biləcəyəmmi?) araşdırmağa çalışdım. Ayyarım əvvəl də elmi işimi müdafiə etdim. Elmi Şura üzvlərinin beşi də elmi işimə yükdilliklə müsbət rəy verdilər. O an, doktorluq cübbəmi geyindiyim o müdhiş an Kamal Abdullanı yanımda hiss etdim. Sanki, bir addımlıq məsafədə qarşımda dayanmışdı və mənə baxıb gülümsəyirdi. Çox qəribə duyğu idi.

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, yazmısınız, nə yaxşı ki, sizi seçmişəm. Kamal Abdulla adlı dərin düşüncə dünyasından böyük hərisliklə nələrsə öyrənməyə, nələrsə götürməyə çalışdım və ömrümün sonuna qədər də çalışacağam.

Dəyərli hocam, mən elmi işimi sizə göndərirəm. Qüsurlarımı üzrlü sayın, düzəlişlərinizi böyük həvəslə gözləyirəm. Sizdən halallıq istəyirəm. Böyük düha, kitabının hər səhifəsini çevirəndə düşüncə dünyası qarşısında ehtiramla baş əydiyim insan, haqqınızı halal edin. Siz mənim həyata baxdığım pəncərəni bir az daha geniş açdınız, fikir və düşüncə dünyamın işığı oldunuz. O işıqlı yolda irəliləmək və daha çox yol qət etmək ümidi ilə...”

Xatırladaq ki, A.B.Beşkonak ötən ay “Kamal Abdullanın romanlarında struktur və motiv” adlı dissertasiya işini müdafiə edib.

Tarix
2019.08.17 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla