Yuxarı

Deputat əcnəbi siyasətçilərə Qarabağdan danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva “Oksfam İnternəşnl” təşkilatının Uqandada icraçı direktoru Uinifred Byanyima, Uqanda, Keniya və Cənubi Afrika Respublikasının (CAR) tanınmış siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşlər zamanı Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla qadınların cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva təşkilatın Uqanda icraçı direktoru Uinifred Byanyima, Keniya və CAR-ın tanınmış siyasətçiləri, təşkilat rəhbərləri və fəal qadınlarına Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb.

Uinifred Byanyima, Uqanda, Keniya və CAR-ın tanınmış siyasətçiləri Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək, münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Millət vəkili sonda onlara Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Tarix
2019.08.18 / 18:52
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla