Yuxarı

Beli ağrıdı, əsəbindən polisə zəng edib “nağıl” danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon sakini R.Cabbarovun barəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, avqustun 18-də saat 12:42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2019.08.19 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla