Yuxarı

Ermənilər azərbaycanlı fermerin 12 baş malını oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçağan kənd sakini Əflatun Əliyevə məxsus 12 baş iri buynuzlu mal-qara oğurlanıb.

Bu barədə Report-a Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov məlumat verib.

Onun sözlərinə görə, hadisə dörd gün öncə baş verib:

“Kənd sakinləri və polis dörd gündür itən mal-qaranı axtarır. Amma hələ heç bir nəticə yoxdur. Hadisə ilə bağlı Marneuli rayon rəhbərliyinə də müraciət olunub”.

A.Kərimov bildirib ki, fermer mal-qaranın Ermənistan tərəfinə keçdiyi və orada erməni sərhədçiləri tərəfindən oğurlandığını iddia edir:

“Analoji hadisə ötən il də baş verib. Ermənistan sərhədçiləri azərbaycanlıya məxsus 15 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən 12-13 gün sonra mal-qaranın 14-ü qaytarıldı”.

Bələdiyyə üzvü qeyd edib ki, borcu olan Ə.Əliyev oğurlanan mal-qarasının böyük hissəsinin geri qaytarılacağına ümid edir.

A.Kərimov əlavə edib ki, Gürcüstanda Ermənistanla sərhəddə azərbaycanlıların yaşadığı kəndlərdə bu cür insidentlər tez-tez baş verir:

“Ermənistan sərhədçiləri bir neçə ay öncə at və bir neçə mal-qara da oğurlayıblar. Nəticədə kənd sakinlərinə böyük zərər dəyib”.

Tarix
2019.08.19 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla