Yuxarı

Gömrükdə külli miqdarda siqaret tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan tütün məmulatlarının “Şevrolet Aveo” markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub.

DGK-dan Axar.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib.

Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan Respublikası vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib.

Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib. Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 61 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycan Respublikasına məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.08.19 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla