Yuxarı

Elektrik xəttində gərginlik: “Sahil” işıqsız qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektrik xəttində gərginlik: “Sahil” işıqsız qaldı

Bu gün metronun “Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.

Bununla bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.

“Bu gün saat 10:55-də “Sahil” metrostansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib”, - B.Məmmədov əlavə edib.

QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.

Tarix
2019.08.20 / 13:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla