Yuxarı

Bakıda 15 yaşlı qız naməlum maşına əyləşib, yoxa çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 15 yaşlı qız naməlum maşına əyləşib, yoxa çıxdı

Bakıda 15 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb:

"Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O, saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib".

V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb.

"Qızım itəndən sonra Sabunçi rayon 12-ci polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb".

Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki baş verir.

Tarix
2019.08.21 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla