Yuxarı

Gömrükçülər narkotik vasitə aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər narkotik vasitə aşkarladı

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan məlumatlar əsasında İrandan birlikdə piyada yolla gələn Azərbaycanın 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb. Yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib. Qutulardan “Nani”, “Eterno” markalı şokoladlarla yanaşı, həmin məhsulların qablarına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb. Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində “FM 40” yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri”nin II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.08.21 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla