Yuxarı

Millət vəkili başqırd yazarla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili başqırd yazarla görüşdü - Foto

Millət vəkili Qənirə Paşayeva Rusiya Federasiyasının Başqırdıstan Respublikasının “Başqırdıstan qızı” (“Башкортостан кызы”) jurnalının baş redaktrou, filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış başqırd yazarı Gülnaz Kutuyeva ilə görüşüb.

Axar.az xəbər verir ki, başqırd baş redaktoru Azərbaycanda görməkdən məmnun olduğunu bildirən millət vəkili, yazarlar arasında sıx əlaqələrin, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın ölkələrarası əlaqələrdə özünəməxsus önəm daşıdığını bildirib.

Qardaş ölkənin xanım baş redaktoruna Azərbaycan həqiqətlərindən, Ermənistanın elan olunmamış müharibəsinin acı nəticələrindən, Xocalı soyqırımından, qaçqın-məcburi köçkünlərin qayğılarından danışan Q. Paşayeva, bir neçə dildə yenidən nəşrə hazırlanan “Qarabağ hekayələri”nin başqırdcada çıxması təklifini irəli sürüb.

Q.Paşayeva başqırd yazarına Azərbaycan mədəniyyətini əks etdirən kitablar, eləcə də milli rəmzlərimizlə bəzədilmiş hədiyyə təqdim edib.

Azərbaycana ilk səfərindən, azərbaycanlı qonaqpərvəliyindən çox məmnun qaldığını deyən başqırd baş redaktoru bu ilk səfərinin əsas məqsədinin Naftalanda sanator müalicə kursu keçməklə bağlı olduğunu deyib. Baş redaktor Bakıda QHT və KİV təmsilçiləri ilə yaradılan görüş fürsəti üçün, ona vaxt ayırdığı, diqqət göstərdiyinə görə millət vəkilinə təşəkkür edib.

G.Kutuyeva qarşılıqlı kitab nəşri ideyasının qısa zamanda həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Millət vəkilinin təklifi ilə Başqırdıstanın hərtərəfli tanıtım kitabının Bakıda, Qarabağ yaşantılarını əks etdirən hekayələr toplusunun isə Ufada nəşrinin yaxşı başlanğıc olacağını bildirib.

Daha sonra G.Kutuyeva millət vəkilinin müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, İçərişəhərlə, Ədəbiyyat Muzeyi ilə yaxından tanış olub.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova da iştirak edib.

Tarix
2019.08.21 / 18:39
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

XİN-dən təxliyə edilən vətəndaşlarımızla bağlı açıqlama

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla