Yuxarı

Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - Video

Ölkəmizdə ilk dəfə bir qəbiristanlığın saytı yaradılacaq. Söhbət paytaxtın böyük məzarlıqlarından biri olan Yasamal qəbiristanlığından gedir.

Nazirlər Kabinetinin qərarı ilə avqustun 1-dən qəbiristanlıq Yasamal Bələdiyyəsinin idarəçiliyinə verilib.

Bundan sonra qəbiristanlığın abadlaşdırılması ilə yanaşı, informasiya sisteminin formalaşdırılmasına başlanılıb.

Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır, burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir. Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir.

Artıq məzarlarla bağlı məlumatların elektronlaşdırılmasına start verilib. Qəbirlərinin şəkilləri çəkiləcək və müvafiq saytda yerləşdiriləcək. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək.

Proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatların elektron sistemə qeyd edilməsinə başlanılıb.

Bütün məzarların nömrələnməsindən sonra sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdirilir.

Tarix
2019.08.22 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla