Yuxarı

Güney Azərbaycan meşələri yanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güney Azərbaycan meşələri yanır - Video

Güney Azərbaycanın Qaradağ meşələrində yanğın baş verib.

Axar.az xəbər verir ki, iki gün əvvəl başlanan yanğını hələ də söndürmək mümkün olmayıb.

Bölgədə kifayət qədər yanğınsöndürən texnika olmadığından əraziyə “Süngün” mis mədəninin fəhlələri cəlb olunub.

Yanğın zamanı meşənin 300 hektardan çox ərazisi məhv olub.

Şərqi Azərbaycan əyalətinin təbii fəlakətlər idarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər yanğını söndürmək üçün iki helikopterin Tehrandan yola düşdüyünü bildirib. Yanğının başvermə səbəbi kimi insan faktoru göstərilib. Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.

Qaradağ meşələri Şərqi Azərbaycanın şimalında yerləşir, onun 168 min hektar sahəsi var. Bölgənin ətraf mühiti üçün olduqca zəruri olan meşələrdə müxtəlif növ bitki və heyvan yaşayır.

Qeyd edək ki, Qaradağ meşəlikləri UNESKO tərəfindən mühafizə olunan qoruq seçilib.

Tarix
2019.08.22 / 14:11
Müəllif
Aynurə Məmmədova
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla