Yuxarı

Allahşükür Paşazadə Çeçenistana getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahşükür Paşazadə Çeçenistana getdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən Axar.az-a verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu nümayəndə heyəti Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 22-də Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.

Tarix
2019.08.23 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla