Yuxarı

Dərslər başlamadan bunları edin – Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərslər başlamadan bunları edin – Həkim

Bu il məktəbə gedəcək 6 yaşlıları əvvəlcədən psixoloji baxımdan məktəbə hazırlamaq lazımdır. Yoxsa sonra uşaq əziyyət çəkir.

Axar.az xəbər verir ki, bu fikirləri uşaq həkimi, pediatr Vaqif Qarayev bildirib.

Həkim qeyd edib ki, bəzi uşaqların dərsə gedərkən yuxudan dura bilməməsinin, uzun müddət dərsə gedərkən ağlamasının səbəbi psixoloji olaraq bu prosesə hazır olmamasından irəli gəlir:

“Xüsusilə bağçaya və məktəbəqədər hazırlığa getməyən uşaqlarda məktəb haqqında təəssürat oyatmaq lazımdır. 6 yaşına qədər ana ilə qalmağa öyrəşmiş uşaq birdən-birə məktəbə gedəndə uyğunlaşmaq çətin olur və uzun zaman alır. Uşağın əvvəlcədən məktəb haqqında təsəvvürü olmalıdır. Yoxsa uzun müddət adaptasiya ola bilmirlər. Bu, uşağın zehni inkişafına da təsir edir”.

Həkim əlavə edib ki, uşağın məktəbə getməzdən əvvəl tibbi müayinədən keçirilməsi də məsləhətdir:

“Uşağın görmə, eşitmə qabiliyyəti yoxlanılmalıdır. Qamət pozğunluğu varsa, aşkar olunmalıdır. Bəzən olur ki, analar uşağın zəif gördüyünü hiss edə bilmir və uşaq uzun müddət əziyyət çəkir. Bu, həmin zəif gözün daha da zəifləməsinə səbəb olur. Tibbi müayinə belə məqamları vaxtında müəyyən etsə, uşaq daha az əziyyət çəkər və problem də zamanla həll olar”.

Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır.

Tarix
2019.08.23 / 12:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla