Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Sentyabr 2019


Bu ölkədə dava salan azərbaycanlılar deport olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı lagerdə azərbaycanlılarla afrikalılar arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib.

Ə.Əliyev kütləvi davada iştirak edən bir neçə sığınacaq tələbi olan şəxsin deportasiyasının planlaşdırıldığını bildirib. Həmin şəxslərin sığınacaq istəyi ilə bağlı müraciətlərinin təcilli araşdırılmasına başlanılıb. Bu barədə Bavariyanın Daxili İşlər Nazirliyinin cümə axşamı Münhendə mətbuata verdiyi açıqlamada bildirilib.

"Hadisədə təqsiri olanlar qanunun aliliyinin tam ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar", - deyə Daxili İşlər naziri Yoahim Herrmann (CSU) bildirib. O, səlahiyyətli orqanları günahkarların təcilli olaraq deportasiya edilməsinə çağırıb. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə cinayətə meyilli sığınacaq axtaranlar və onların geri qaytarılmasını qiymətləndirən xüsusi işçi qrup yaradılıb.

Qeyd edək ki, avqustun 20-də Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava baş verib. Uzun müddət davam edən əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Binaya ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.

Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, 8 şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər 5 sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Asayişin pozulmasına və vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlanılıb və araşdırma aparılır.

Deggendorfdakı düşərgədə bu, ilk belə hadisə deyil. Ötən il sığınacaq axtaran 29 yaşlı şəxs oraya deportasiya üçün gələn məmurlara və polislərə hücum etmişdi.

Tarix
2019.08.23 / 12:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan əhalisi bu il nə qədər qazanıb?

İcra başçısı vəd verdi: Bu gənclərə maşın bağışlayacaq

Əflatun Amaşova vəzifə verildi

Nazir nöqsan və çatışmazlıqlarla bağlı tapşırıq verdi

Nazir göstəriş verdi, DYP hərəkətə keçdi - Foto

Qaydanı pozan sürücü işdən çıxarıldı, avtobus isə... - BNA

Fədayənin məhkəməsi 10-cu dəfə təxirə salındı

Umico ilə alış-veriş edərək "Azercell" nömrənizin balansını artırın!

Sabiq məmur acından ölür? Yeni faktlar üzə çıxdı - Video

AMEA-nın iki institutuna direktor seçildi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla