Yuxarı

"Nar" yeni tətbiqini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar" yeni tətbiqini istifadəyə verdi

Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədəf qoyan “Nar” yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edib).

Şirkətdən Axar.az-a verilən məlumata görə, “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı yaradır. Yeni tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər.

Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.

“Müştəriyönümlü strategiyamızın növbəti mərhələsi olaraq “Nar+” mobil tətbiqini abunəçilərimizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Müştərilərimizə rəqəmsal formatda və real rejimdə şəxsi hesablarına nəzarət etmək imkanı verəcək bu tətbiq istifadəçi təcrübəsini növbəti mərhələyə daşıyacaq, onların gündəlik həyatlarına rahatlıq və çeviklik gətirəcək.

"Nar" olaraq təqdim etdiyimiz telekommunikasiya xidmətlərini hər zaman müştərilərimizin ehtiyaclarını nəzərə alaraq formalaşdırırıq. Məqsədimiz müştərilərimizin etibarlı tərəfdaşı olmaqdır”, - deyə “Nar”ın kommersiya üzrə direktoru Qəhrəman Kazımov bildirib.

“Nar+” tətbiqi sərfiyyat haqqında izahlı qaiməni dərhal və şəffaf şəkildə əldə etməyə də imkan verir. Belə ki, “istifadə tarixçəsi” bölməsində detallı şəkildə hər bir xidmətə görə sərfiyyat və uyğun olaraq çıxılan məbləğ qeyd edilir.

Bu və digər funksional bölmələr lazımi bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur. Qeyd edək ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləyə bilərsiniz.

Tarix
2019.08.23 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla