Yuxarı

Bazar günü hava necə olacaq? - Proqnoz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazar günü hava necə olacaq? - Proqnoz

Bazar günü Bakıda və Abşeron yarımadasında Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 25-də havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək

Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq. Abşeron çimərliklərində Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

Tarix
2019.08.24 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla