Yuxarı

ETM-dən "Vördpress"lə bağlı - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ETM-dən "Vördpress"lə bağlı - Xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Vördpress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb.

Mərkəzdən Azərtac-a bildirilib ki, “Vördpress” komandası “WordPress”in v3.7-v4.6 versiyaları üçün bütün “WordPress” saytlarının təxminən 11,7 faizinə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcək.

Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir. Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.

“Vördpress” v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-ya qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcək.

Əgər veb-sayt avtomatik olaraq yenilənməzsə, proses geri qayıdır və sayt sahibi “Vordpress”dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaq.

Rəsmi yeniləmələr barədə “Vördpress”dən elektron poçt vasitəsilə daha ətraflı məlumat üçün “https://wordpress.org/news” saytına daxil olmaq mümkündür.

Tarix
2019.08.24 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla