Yuxarı

Dəhşətli isti: Qaxda yol polisi sürücülərə su payladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli isti: Qaxda yol polisi sürücülərə su payladı - Foto

Qax rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib.

Axar.az-ın məlumatına görə, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb.

Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq, onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar. İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmalarını, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirməyi məsləhət görüblər. Bunun həm onların, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2019.08.25 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla