Yuxarı

Gəncədə zəncirvari qəza: 4 yaralı - Fotolar/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə zəncirvari qəza: 4 yaralı - Fotolar/Yeniləndi

Axşam saatlarında Şah İsmayıl Xətai prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

"Axar.az" Kəpəz Tv-yə istinadən xəbər verir ki, Göygöl sakini Məmməd İsmayılovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Samux sakini Museyib Hüseynovun idarə etdiyi Vaz 2107 markalı avtomobil toqquşub.

Bu zaman avtomobillərdən biri sürüşərək hərəkətdə olan Ukrayna vətəndaşı Demyanenko Valentina Yuliyeviçin idarə etdiyi "BMV" markalı avtomobilə dəyib.

Nəticədə VAZ 2107-də olan sərnişinlər Elmin Həsənov və Tahirə Süleymanova, eləcə də digər avtomobildəki Orxan Mehdiyev və Emin Nağıyev yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlər xəstələrin səhhətinin kafi olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən "VAZ 2107"-nin sürücüsü Məmməd İsmayılov sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, Valentin Yuriyeviç Demyanenko avarçəkmə üzrə 3 qat dünya çempionudur. O, 2012-ci ildə London Olimpiyadasında Azərbaycanı avarçəkmə idman növü üzrə təmsil edib.

Fotolar APA-ya məxsusdur.

Tarix
2013.12.13 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla