Yuxarı

Vaxtınızı mənasız şeylərə sərf etməyin! – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşüb və ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib:

“Gənclər zamanlarının böyük bir hissəsini sosial şəbəkələrdə çox vaxt lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu, hamımızı ciddi narahat etməlidir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva şagirdlərin yaxşı təhsil almasının, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlasının vacibliyini vurğulayıb. Millət vəkili gəncləri daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları ilə bağlı geniş məlumatlar verib və gənclərə zamanlarını mənasız işlərə ayırmamağı tövsiyə edib. Gəncləri maraqlandıran sualları da cavablandıran millət vəkili onlara Azərbaycan tarixini özündə əks etdirən kitablar hədiyyə edib.

Tarix
2019.09.07 / 16:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla