Yuxarı

Uşaqları məscidə aparmaq olar? – Sədr açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqları məscidə aparmaq olar? – Sədr açıqladı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı uşaqların məscidlərə gətirilməsi məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu, onun öz seçimidir.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır:

“İslama görə məscidlərə gəliş sərbəstdir, İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onların öz seçimləridir. Sadəcə olaraq, tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdırlar".

M.Qurbanlı vurğulayıb ki, "Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: "Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə - məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerlərə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir".

Tarix
2019.09.10 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla