Yuxarı

ADU bu universitetlə əməkdaşlıq müqaviləsi imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ADU-dan Axar.az-a verilən məlumata görə, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.

Sonra Ural Federal Universitetinin əməkdaşları Azərbaycan Dillər Universitetində olublar. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla birgə əməkdaşlığın əlamətdar hadisə olduğunu vurğulayıb. Tərəflər arasında bağlanan müqavilənin həm müəllimlərin, həm də tələbələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

Kamal Abdulla Ural Federal Universitetinin müasir ali təhsil ocağı olduğunu, beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik olduğunu bildirərək, sözlərinə əlavə edib ki, qarşılıqlı elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi həm Azərbaycan Dillər Universiteti üçün, həm də Azərbaycan təhsili üçün geniş imkanların yaranması deməkdir.

Tarix
2019.09.11 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla