Yuxarı

Prezident təqaüdünə layiq görülən Qurbanov danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təqaüdünə layiq görülən Qurbanov danışdı

Ölkə rəhbərinin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 9 sentyabr tarixli Sərəncamında 102 tələbənin siyahısında adımı görəndə çox sevindim. Bu, dövlətimiz tərəfindən təhsilin inkişafına, gənclərə göstərilən böyük diqqət və qayğının, bizim zəhmətimizin, çox çalışmağımızın uğurlu nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Bakı şəhəri 82 nömrəli məktəbin məzunu, Prezident təqaüdünə layiq görülən Əhməd Qurbanov söyləyib.

O deyib: “ Mən buraxılış və qəbul imtahanlarında 668 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ingilis dilində maliyyə fakültəsinə qəbul olundum. Gənclərə məsləhət görərdim ki, məktəbdə aldığı biliklərlə kifayətlənməsinlər, daim öz üzərlərində çalışsınlar və müxtəlif mənbələr vasitəsilə dünyagörüşlərini zənginləşdirsinlər. Onlar qarşılarına düzgün məqsəd qoysunlar və hədəfə doğru irəliləsinlər. Əminəm ki, sonda bunun bəhrəsini görəcəklər”.

Tarix
2019.09.11 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla