Yuxarı

Bu bal məhsullarının üzərində ştrix-kod olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-dən oktyabrın 18-dək arıçılıq məhsullarının 20-ci Respublika sərgi-satış yarmarkası keçiriləcək. Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

Xəzər TV-nin məlumatına görə, bu barədə sentyabrın 11-də arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr edilən mətbuat konfransında "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

L.Məmmədova bildirib ki, qeydiyyat müddəti sentyabrın 6-dan başlayıb və 11-də başa çatır. Sentyabrın 12-də isə qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Satış yarmarkasında iştirakın təsdiqlənməsi üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Onun sözlərinə görə, bal nümunələrinin qəbulu sentyabrın 13-24-də "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, logistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

L.Məmmədova bildirib ki, yarmarkada bu il ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər:

"Vətəndaşlardan yarmarkada üzərində ştrix-kod olmayan qablaşmada satılan məhsulları almamağı və belə bir halla rastlaşdıqları təqdirdə məsul şəxslərə yerindəcə məlumat vermələrini xahiş edirik".

Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər. Sifariş olunan məhsulların metronun "Nəriman Nərimanov” və "Gənclik” stansiyaları yaxınlığındakı ünvanlara çatdırılması ödənişsiz, digər ərazilərə çatdırılması isə 5 manat xidmət haqqı müqabilində həyata keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev qeyd edib ki, bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və institutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Analizin nəticələri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar "Aqrar Tədarük və Təchizat” ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq.

Q.Əbdüləliyev nəzərə çatdırıb ki, yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə vurğulayıb ki, yarmarka təşkilatçıları yalnız yoxlanışdan keçən və yarmarka ərazisində satışı həyata keçirilən balların keyfiyyətinə və təhlükəsizliyinə görə cavabdehlik daşıyır.

Tarix
2019.09.12 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla