Yuxarı

Bu müəllimlərin maaşı azaldı – NK-dan dəyişiklik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara edilən dəyişikliyi bir çoxu tərəfindən yanlış başa düşülüb. Qərara edilən dəyişikliyə görə, son maaş artımından sonra Diaqnostik Qiymətləndirmədə iştirak etməyən müəllimlərin maaşı azalacaq. DQ-da iştirak etməyənlər əvvəlki maaşdan da az əmək haqqı alacaqlar.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov NK-nin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara etdiyi dəyişiklik və bu dəyişiklikdə anlaşılmayan məqamlar barədə danışarkən deyib.

K.Əsədov bildirib ki, bu qərar heç də indiyə qədər 6 saat dərs alan, Diaqnostik Qiymətləndirmədən keçməyən, diplomu dövlət nümunəli olmayan müəllimlərin 18 saat dərs ala biləcəyi anlamına gəlmir:

“2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə müəllimlərin əmək haqqı 2 dəfə, dərs saatı 1,5 dəfə artdı. Yəni 2015-ci ilə qədər 1 stavka dərs 12 saat idi və müəllimlərin buna görə stajdan və təhsildən asılı olaraq aldığı əmək haqqı minimum 160 manat idi və artımdan sonra 320 manat oldu. Amma bu artım diplomu dövlət nümunəli olmayan (saxta olan) müəllimlərə şamil olunmadı. Onlara 6 saata qədər dərs verildi və onların 1 stafkası 12 saatla hesablandı. Ölkədə son maaş artımından sonra DQ-dən keçməyən (diplumu dövlət nümunəli olmayan) müəllimlərin maaşı DQ-dən keçən müəllimlərin maaşına gəlib çatmışdı. Onlar 80-90 manat əmək haqqı almaq yerinə, 150-160 manata yaxın maaş alırdılar.

Dünən edilən dəyişikliyə görə DQ-dən keçməyənlərin 12 saatlıq stavkası DQ-dən keçənlərin 18 saatlıq stavkası ilə eyni oldu. Amma bu o demək deyil ki, indiyə qədər 6 saat dərs alan, DQ-dan keçməyən, diplomu dövlət nümunəli olmayan müəllimlər 18 saat dərs ala biləcək. Bu, yanlış fikirdir. Yenə də onlar 6 saata qədər dərs alacaq. Amma indi bu daha 12 saatlıq stafka ilə hesablanmayacq, yəni stafkanın 50 faizini almayacaqlar, 18 saatın 6 saatını alacaqlar ki, bu da onların əmək haqqının azalması deməkdir. Yəni bundan sonra müəllimlər əvvəlki kimi 12 və 18 saatlıq fərqli stavkada deyil, bir stavka üzrə maaş alacaqlar. Lakin yenə də əvvəlki kimi müxtəlif vahid taarif cədvəli üzrə maaş almaqda davam edəcəklər. Onlar 6 saatı artımla yox, lap əvvəlki saathesabı məbləği ilə eyni alacaqlar.

Bu o deməkdir ki, son maaş artımından sonra dünənki dəyişikliyin şamil olunduğu təbəqənin maaşı azalacaq. DQ-da iştirak etməyənlər əvvəlki maaşdan daha az əmək haqqı alacaqlar”.

K.Əsədov bildirib ki, bu dəyişiklik Müəllimlərin İşə Qəbulundan kənar, saxta və dövlət nümunəli diplomu olmayanlara aiddir:

“Belə ki, qərarın DQ-da iştirak edən, MİQ yolu ilə işə qəbul olan, diplomu dövlət nümunəli olan müəllimlərə heç bir aidiyyəti yoxdur. 1 sentyabrdan etibarən DQ-dan keçən müəllim 1 stavka - 18 saat dərsə görə 594 manat əmək haqqı alacaq (1 dərsə görə 33 manat), DQ-dan keçməyən müəllim isə 6 saat dərs deyəcək və 144 manat əmək haqqı alacaq (bir dərsə görə 24 manat)”.

Tarix
2019.09.12 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

Putin İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla